Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Jurnalistləri Müdafiə Komitəsi Eynulla Fətullayevi təcili azad etməyə çağırıb


Beynəlxalq Jurnalistləri Müdafiə komitəsi jurnalist Eynulla Fətullayevi təcili azad etrməyə çağırıb.

Komitənin nümayəndə heyəti bu gün Vaşinqtondakı Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Xəzər İbrahimlə görüşüb və səfirliyə jurnalisti təcili azad etməyə çağıran 500-dən çox beynəlxalq jurnalistin imza atdığı məktubu çatdırıb.

Xəzər İbrahim Eynulla Fətullayevin ədalətli mühakimə olunduğunu və hökumətin məhkəmənin qərarına hörmətlə yanaşaçağını bildirib.

O məktubun prezident İlham Əliyevə çatdırılacağını deyib, eyni zamanda komitəyə dialoqun davam etdirilməsini təklif edib.
XS
SM
MD
LG