Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:57

Bələdiyyə seçkiləri prokurorluqda araşdırılır


Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasından daxil olan materiallar Respublika Prokurorluğunda araşdırılmağa başlanıb.

Prokurorluqdan verilən məlumata görə, artıq bununla bağlı xüsusi qrup yaradılıb.

Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 18 seçki məntəqəsinin, 2 Dairə Seçki Komissiyasının tərkibinin tam buraxılması, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən azad edilməsi barədə qərar verib.

Buna görə də ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib.

XS
SM
MD
LG