Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 00:49

Neft Akademiyasındakı qanlı hadisənin istintaqı yekunlaşır

Neft Akademiyasında ötən il aprelin 30-da baş vermiş qanlı hadisə ilə bağlı cinayət işinin istintaqı yekunlaşmaqdadır. İstintaq bitən kimi Baş Prokurorluq bununla bağlı rəsmi açıqlama verəcək. Bunu jurnalistlərə baş prokuror Zakir Qaralov bu gün deyib.


2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının 12 nəfər tələbə və müəllimini qətlə yetirəndən sonra özünü də güllələmişdi. Cinayət işi ilə bağlı bir neçə nəfər saxlanılıb.

XS
SM
MD
LG