Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 10:31

İran Səudiyə Ərəbistanına ziyarəti qadağan edib


Tehran zəvvarların Səudiyyə Ərəbistanındakı müqəddəs yerlərə ziyarətinə müvəqqəti qadağa qoyub.

İran rəhbərliyi Səudiyyə Ərəbistanındakı dini polisin İrandan gedən şiə müsəlmanları ilə davranışından narazıdır.

Tehran bəyan edib ki, əgər vəziyyət dəyişməsə qadağanı götürməyəcək.

Söhbət ilk növbədə ilin istənilən vaxtı ziyarət edilə bilən Umrudan gedir.

İran rəsmisi bunun siyasi yox, dini qərar olduğunu bildirib.
XS
SM
MD
LG