Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:49

Haitidə ölü sayı 100 mini ötə bilər


BMT-nin baş katibi Ban Ki Munun bu gün Haitiyə səfəri gözlənilir.

O zəlzələnin ölkəyə vurduğu ziyanın həcmini öyrənəcək.

Bundan bir gün öncə Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton da Haitidə olub.

O Birləşmiş Ştatların bütün mümkün vasitələrlə Haiti sakinlərinə yardım göstərəcəyini vəd edib.

Ən dəhşətli vəziyyət Leoqan şəhərindədir.

Şəhərin 90 faizi dağılıb.

Ölkə rəhbərliyi hesab edir ki, ölü sayı 100 mini ötə bilər.

İndiyədək 50 min adamın cəsədi tapılıb.
XS
SM
MD
LG