Pakistan talibançıları liderləri Hakimulla Məsudun Amerika hərbçilərinin növbəti raket zərbəsindən sağ çıxdığı haqda məlumat yayıb. Pakistan Talibanının liderinə qarşı əməliyyatın keçirildiyini Pakistan rəsmiləri də təsdiqləyib. Əməliyyat nəticəsində 12 yaraqlının öldürüldüyü, Məsudun isə xəsarət almadığı xəbər verilir.
Məsud bir iordaniyalı intiharçının Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin 7 əməkdaşının ölümünə səbəb olmuş terror aktına, eləcə də son aylar Pakistanda törədilən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.