Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 18:35

Nobel ödüllü yazıçı hökuməti casusları tapmağa çağırır


2009-cu ilin ədəbiyyat üzrə Nobel mükafatının sahibi Herta Müller alman hökumətini vaxtilə Rumıniyada Çauşesku rejiminə işləmiş, sonra isə Almaniyaya köçmüş casusları tapmağa və məsuliyyətə cəlb etməyə çağırıb.

Özü Rumıniyada doğulan və komminist rejiminə casusluq etməkdən imtina etdiyi üçün işini itirən yazıçı ARD ictimai televiziyasına deyib ki, sosialist düşərgəsi çökəndən sonra bir çox keçmiş Çauşesku casusları Almaniyada məskən salıb.

“Almaniya Sekuritate (Çauşesku rejiminin təhlükəsizlik orqanı – red.) casusları üçün rahat bir qoruğa çevrilib. Almaniya onları tapmaq üçün heç nə etməyib”.

Herta Müller deyib ki, şərqi Almaniyanın təhlükəsizlik orqanı olan “Ştazi”yə casusluq edənlər aşkarlandığı kimi Çauşesku rejiminə çuğulluq edənlər də tapılmalıdır.

Qeyri-rəsmi məlumatlara görə, vaxtilə Rumıniyada iş yoldaşları, tanışları haqqında təhlükəsizlik orqanlarına məlumat ötürməklə məşğul olmuş 500-2000 arası şəxs yaşayır.

ARD-nin verilişində deyilir ki, Herta Müller haqqında rumın “KQB”sinə məlumatları onun kimi milliyyətcə alman olan yazıçı Frans Tomas Şlyayx ötürürmüş.
Televiziya onun rumın təhlükəsizlik orqanlarına “Voyçu” ləqəbi ilə “donos” yazdığını, arxivlərdəki sənədlərdə Herta Müllerin ilk kitabının “Voyçu”tərəfindən “dövlətin əleyhinə yönələn əsər” kimi səciyyələndirildiyini bildirib.

İndi Berlində yaşayan 56 yaşlı Herta Müller televiziyaya müsahibəsində təsdiq edib ki, Şlyayx və “Voyçu” eyni adamdır.

Şlyayxın özü 1980-ci illərin əvvəllərində Almaniyaya qaçıb və özünü Çauşeski rejiminin qurbanı kimi təqdim edir. O, ittihamlara cavab verməkdən imtina edib.

Həmçinin oxu!

Naxçıvanlı rəssamın tablosu yarım milyon dollara

Parça kitablar zəhərli çıxdı
XS
SM
MD
LG