Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:56

İranda Aşuraya görə xariciləri də tutublar


İranda, hökumət qoşunlarıyla müxalifətçilər arasında ötən ay baş verən toqquşmalara görə xaricilər də həbs olunub. İranın Kəşfiyyat naziri Heydər Möslehi deyib ki, xaricilər ölkəyə Aşuradan iki gün əvvəl gəlib və “mövcud sistemi yıxmaq üçün” təşviqat aparıb, psixoloji savaşa rəhbərlik eləyiblər. Nazir xaricilərin hansı ölkədən gəldiklərini və saylarını açıqlamayıb.

Ancaq rəsmən, hələ ki həmin dövrdə bir xarici ölkə vətəndaşının – Dubay TV üçün çalışan Suriya vətəndaşının həbs olunması təsdiqlənib.

Aşura günü və sonrasındakı toqquşmalarda azı 8 nəfər həlak olub, 100-lərlə adam da həbs edilmişdi.

Tehran Universitetinin 88 alimi dini lider Ayətullah Əli Xamaneyiyə mürqciət edərək müxalifətçələrə qarşı zorakılığa son verilməsini və həbsdəkilərin azad edilməsini istəyib.
XS
SM
MD
LG