Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 18:11

Əl-Qaidə üzvü olan azərbaycanlı həbs edilib


Əl-Qaida terror şəbəkəsinin üzvi olduğu iddia edilən Azərbaycan vətəndaşı Əfqanıstanda həbs olunub

«APA»nın Əfqanıstanın yerli Lemar televiziyasına istinadən verdiyi məlumata görə, Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsinin hadisə ilə bağlı yaydığı bəyanatda Azərbaycan vətəndaşlığı daşıyan Əbdül Vahid adı ilə tanınan Saracın Pakistanın qərb əyaləti olan Bəlucistanın paytaxtı Kveta şəhərinə getmək məqsədi ilə Bakıdan Əfqanıstana gəldiyi bildirilib.

İlkin dindirmə zamanı o, Əl-Qaidənın Siracəddin Haqqani qoluna qoşulmaq üçün Pakistanda xüsusi düşərgədə təlim keçdiyini və Pakistana getməzdən əvvəl Əfqanıstanın Pakistanla həmsərhəd olan Xost vilayətində bir neçə terror aksiyası törətmək barədə tapşırıq aldığını etiraf edib.

Azərbaycan vətəndaşlığını daşımasına baxmayaraq, saxlanan şəxsin əslən Əfqanıstan və ya Pakistandan olduğu güman edilir.

Hadisə dekabrın son günlərində baş verib.
XS
SM
MD
LG