Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Dəfn mərasimindən sonra Azərbaycanlıları həbs ediblər


Çingiz Bəxtavər dekabrın 27-də iş yerində ölmüş halda tapılıb
Çingiz Bəxtavər dekabrın 27-də iş yerində ölmüş halda tapılıb
Dekabrın 29-da İranda dəfn mərasimində həbs olunan 20-dən artıq azərbaycanlı fəalın hara aparıldığı hələ də bəlli deyil.

Azadlıq Radiosu həbs olunmuş bir neçə fəalın ailəsi ilə əlaqə saxlayıb. Ailələrdən bildiriblər ki, onlara həbslərin səbəbi və həbs olunanların harada saxlanıldıqları barədə məlumat verilmir. Onların sözlərinə görə, xüsusi xidmət orqanları tərəfindən təzyiq və təqib olunurlar.

İyirmiyə qədər fəal milli hərəkatın önəmli simalarından biri Çingiz Bəxtavərin dəfn mərasimində həbs edilib. Dekabrın 27-də iş yerində meyiti tapılan Bəxtavərin dəfn mərasimi mitinqə çevrilib və orada çıxış edənlər milli şüarlar səsləndiriblər.
(yazı videonun altında davam edir)



Təhlükəsizlik qüvvələri mərasimə toplaşanlara hücum edib.

Ağır bədən xəsarəti alanlar arasında Abbas Lisani də olub.

Çingiz Bəxtavərin oğlu Babək Bəxtavər AzadlıqRadiosuna bildirib ki, ailə üzvləri nəticəni əvvəlcədən nəzərə alaraq imkan daxilində ehtiyatla davranmağa, hər hansı bəyanat səsləndirməməyə üstünlük veriblər.

Onun sözlərinə görə, mərasim başa çatandan sonra fəallar Azərbaycan marşını və “Yaşasın Azərbaycan” şüarını səsləndirə-səsləndirə eyni qəbiristanlıqda dəfn olunmuş milli hərəkat fəalı Qulamrza Əmaninin qəbrini ziyarət ediblər. Qəbiristanlıqdan çıxarkən 50-dən artıq qarageyimli şəxslər tərəfindən döyülüblər və maşınlara mindirilərək naməlum istiqamətə aparılıblar.

Həbs olunmuş 20-dən artıq fəalın taleyindən xəbər yoxdur.

53 yaşlı Çingiz Bəxtavər dekabrın 27-də iş yerində tək növbədə olarkən vəfat edib. Həkimlər onun infarktdan dünyasını dəyişdiyini bildirirlər. Yaxınları isə Çingiz Bəxtavərin səhhətində heç bir şikayəti olmadığını əsas gətirərək ölümün müəmmalı olduğunu deyirlər.

Ekspertizanın rəsmi rəyi 1 ay müddətinə veriləcək.
XS
SM
MD
LG