Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:55

Çingiz Bəxtavər vəfat edib


Çingiz Bəxtavər
İranda milli hüquqlar uğrunda hərəkatın fəallarından biri - Çingiz Bəxtavər vəfat edib.
Dekabrın 27-də onu iş otağında ölmüş halda tapıblar. Bu barədə AzadlıqRadiosuna mərhumun oğlu Siyamək Bəxtavər bildirib:

«Atam dekabrın 27-də səhər saat 9-un yarısında işə gedib. Orada bir dostu ilə görüşüb. Görüşdən sonra ondan ayrılan dostu günorta saat 1 radələrində Çingizi nahara dəvət etmək üçün qayıdanda onu iş otağında ölmüş görüb».

Siyamək Bəxtavər deyir ki, atası həmin gün səhər evdən çıxanda səhhətindən heç bir şikayəti olmayıb. Ona görə də gözlənilmədən vəfat etməsi inanılmazdır:

«Mən cəsədi gördüm. Üzərində hər hansı xəsarət izləri yox idi . Əgər ölümə səbəb olacaq nəsə varsa bu gizli bir şeydir. Onun əz əcəli ilə yaxud kənar müdaxilə nəticəsində ölmə ehtimalı 50-50-yədir. Ona görə də ekspertiza keçirilməsi üçün bu gün rəsmi müraciət etdik. Həkimlər meyiti yarıblar. Deyirlər nəticə 1 ay müddətinə bəlli olacaq».

Oğlunun bildirdiyinə görə, təhlükəsizlik orqanları mərhumu bu gün torpağa tapşırmaqda təkid edirlər:

«Bu barədə hazırda cənazənin saxlanıldığı Maralan qəbiristanlığından zəng edib deyiblər. Bildiriblər ki, əks təqdirdə cənazəni ümumiyyətlə bir də görməyə bilərsiniz. Onlar dəfn mərasiminə başqa yerlərdən də xeyli adamın gələcəyini, qələbəlik olacağını bildikləri üçün bunu edirlər. Ancaq biz hamını gözləyəcəyik və planlaşdırdığımız kimi dəfni dekabrın 29-da edəcəyik. Əgər sabah cənazə orada olmasa ora yığışanları təhlükəsizlik orqanının yerləşdiyi binanın qarşısına aparacağıq. Hər kəsin haqqı var ki, öz ölüsünü istədiyi vaxt dəfn eləsin. Əgər buna müdaxilə edilirsə, deməli, burada nəsə var».

Mərhumun qardaşı Cahanbəxş Bəxtavər isə deyir ki, həkimlər onun infarktdan öldüyünü bildirirlər. Amma Çingizin səhhətindən heç bir şikayəti olmaması, eləcə də onun iş yerində tək olarkən vəfat etməsi buna şübhə yaradır:

«Çingiz Təbrizin kənarında elektrik stansiyasında mühəndis işləyirdi. «Aşura» günü rəsmi istirahət günü olduğu üçün həmin gün işdə demək olar ki, heç kim yox idi. O növbədə idi. Və günorta onu başı masanın üzərində, rəngi isan boğulanda olduğu kimi qaralmış, ağzından qan gəlmiş halda tapıblar».

Çingiz Bəxtavərin 53 yaşı var idi. 3 oğulu, 2 qızı var. İranda milli hüquqlar uğrunda fəallardan biri olan Çingiz Bəxtavər orada baş verənlər barədə AzadlıRadiosuna dəfələrlə məlumat verib.
XS
SM
MD
LG