Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür


Bu gün Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Artıq 18 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar qeyd edir.

1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. ANS-in məlumatına görə, elə həmin tarixdə İstanbulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstanbulda dünya azəri türk dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verildi.

İki il ötdü, 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan dünya azərbaycanlılarının həmrəyliyi günü 31 dekabrda qeyd olunur.

Həmçinin oxu: HƏMRƏYLİK GÜNÜ HARDAN BAŞLADI?
XS
SM
MD
LG