Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:25

Sovet-İran sərhəddindən dramatik görüntülər (yenilənib)


Azərbaycanlılar sovet sərhədini sökür (1-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00
Bu hadisə Sovet tarixinin ən kəskin vətəndaş itaətsizliyindən sayıla bilərdi. Çünki Sovet sərhəddini nəinki dağıtmaq, ona 40 km yaxınlaşmaq belə mümkün deyildi. Sərhəd zonasına gediş-gəlişə yalnız həmin ərazidəki yaşayış məntəqələrində doğulan şəxslərə icazə verilirdi.

Berlin divarı dağılandan sonra Azərbaycanda tez-tez belə bir sual səslənirdi, niyə almanları ayıran sədd aradan götürülür, Azərbaycanlılar isə bir-birinə tikanlı məftillər arxasından baxmalıdırlar?

Buna etiraz edən Azərbaycanlılar 1989-cu ilin son günü Astaradan Şərura qədər sərhəddə yürüş etdiklər. Tikanlı məftilləri qoparıb sərhəd dirəklərini yandırdılar.

Diqqətinizə təqdim olunan birinci videoda əsasən sərhəd istehkamlarının məhv edilməsi epizodalrı öz əksini tapıb.

Azərbaycanlılar sovet sərhədini sökür (2-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00



Videonun ikinci hissəsində hadisə iştirakçılarının kameraya dedikləri və Azərbaycanlıların bu taydan o taya olan olan söhbətlərinə baxa bilərsiniz.

Bu videogörüntüləri AzadlıqRadiosuna təqdim edən Nemət Pənahlıya minntədarlığımızı bildiririk.

Videolarda tanıdığınız şəxslər varsa onlar haqqında ve ya 20 il əvvəlki hadisələrlə bağlı maraqlı məlumatlarınız varsa şərh kimi bizə yazın.

Şərhlər (34)

XS
SM
MD
LG