Amerika prezidenti Barak Obama ölkəsinin hava nəqliyyatı təhlükəsizlik xidmətini tənqid edib, təhlükəsizlik sistemində “faciəvi boşluq” olduğunu bildirib.
Prezindeti qəzəbləndirən 23 yaşlı nigeriyalının Detroitə yaxınlaşan 253 nömrəli şimal qərb uçuşuna ehtimal olunan bomba yerləşdirmək cəhdi olub. Obama deyib ki, həmin gəncin- Ömər Farul Əbdülmütəllibin Əl-Qaida ilə bağlılığı barədə şübhələrə və atasının xəbərdarlığına baxmayaraq onu təyyarə buraxıblar.