Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 20:43

Bakıda yeni metro stansiyası istifadəyə verildi


«Azadlıq prospekti» stansiyası
Dekabrın 30-da Bakı Metropoliteninin «Azadlıq prospekti» stansiyası istifadəyə verildi. Prezident İlham Əliyev stansiyanın açılışında iştirak edib.

«Azadlıq prospekti» Bakı Metropolitenində ilk sütunsuz stansiyadır. Stansiyanın memarı Memarlar İttifaqının birinci katibi Elbəy Qasımzadədir.

Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.

1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. Ötən ilin oktyabr ayında yeni «Nəsimi» stansiyası istifadəyə verilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG