Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:38

İranın nüvə məsələsində Qazaxıstanın adı çəkildi


Son kəşfiyyat məlumatlarına görə, İran Qazaxıstandan 1 3 50 ton saf uran idxal etməyə cəhd göstərir. Bu hadisə BMT Təhlükəsizlik Şurasının sanksiyasının pozulması deməkdir.

Kəşfiyyat məlumatının xülasəsini Assoşeyted Press xəbər agentliyi dərc edib. Məlumata görə, İranla Qazaxıstan arasında razılaşma bir neçə həftəyə tamamlanacaq. Diplomatların Qazaxıstanın “Qazatomprom” dövlət uran şirkətinə müraciətlər cavabsız qalıb. Tehran da məlumata reaksiya verməyib.

XS
SM
MD
LG