Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

Bələdiyyələrə şəhadətnamələrin verilməsini Milli Məclis Aparatı həyata keçirəcək


Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi işini Milli Məclis Aparatı həyata keçirəcək.

Parlament dekabrın 29-da «Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında» əsasnaməni təsdiq edib.

Əsasnaməni parlamentə təqdim edən regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, «bu sənəd bələdiyyələr haqda dövlət səviyyəli məlumat bazası yaradılmasını, 10 ildən çox fəaliyyət göstərən bələdiyyələrə vəsiqə verilməsini, bələdiyyələrin hamısına onların səlahiyyətində olan ərazilər və mülkiyyətini göstərən dəqiq hazırlanmış xəritə verilməsini nəzərdə tutur. Və bu işi Milli Məclis həyata keçirir».

Spiker Oqtay Əsədov isə deyib ki, Milli Məclisdə inzibati ərazi bölgüləri üzrə şəhadətnamə vermək üzrə sektor var. Bu sektor böyük şöbəyə çevriləcək. Aparat bunun üzərində işləyəcək və şəhadətnamələrin verilməsində süründürməçiliyə imkan verilməyəcək.
XS
SM
MD
LG