Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Iranda tanınmış 7 müxalifətçi tutulub VİDEO


Irandan gələn məlumatlara görə, hakimiyyət tanınmış müxalifətçilərdən ən azı 7 nəfərini tutub.

İslahatçıların vebsaytları xəbər verirlər ki, tutulanlar arasında müxalifət lideri Mir Hüseyn Musəvinin 3 köməkçisi, keçmiş prezident Xatəminin yaratdığı

Baran fondunun 2 rəhbəri var.

Həbslər bazar günü hadisələri ilə bağlıdır. Bazar günü polislə müxalifətçilərin toqquşmalarında azı 8 adam ölüb.

Müxalifət bildirir ki, polis nümayişə atəş açıb.

Dövlət televiziyasının məlumatına görə, polis insanların ölümündə əli olmasını inkar edir.

Toqquşmalar zamanı 300 adam tutulub.
XS
SM
MD
LG