Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Öcalanın saxlanma şəraitini yaxşılaşdırıblar


Türkiyə PKK rəhbəri Abdulla Öcalanın həbsdə saxlanma şəraitini yaxşılaşdırıb. Frans-press agentliyi bu məlumatı Türkiyə mətbuatına istinadla yayıb.

Bundan əvvəl Öcalan həbsxanadakı şəraitlə bağlı şikayət etmiş, eyni zamanda kürd gənclər onun saxlanma şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirmişdilər.

“Hürriyyət” və “Milliyyət” qəzetləri yazır ki, Öcalanın saxlandığı kamerada ventilyasiya yaxşılaşdırılıb, PKK rəhbərinə açıq havada gündəlik gəzinti üçün daha çox vaxt verilib.

Öcalan noyabrda İmralı həbsxanasında başqa bir kameraya köçürülmüşdü və narazılıqlar da bundan sonra başlanmışdı.

Türkiyə və beynəlxalq ictimaiyyətin böyük hissəsi PKK-nı terrorçu təşkilat sayır. Türkiyədəki kürd bölgəsinə müstəqillik tələb edən Öcalan 1999-cu ildən ömürlük cəza çəkir. Onu minlərlə günahsız insanın qətlində təqsirli sayıblar.
XS
SM
MD
LG