Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:23

Serbiya Avropa Birliyinə üzvülük ərizəsi verəcək


Serbiya prezidenti Boris Tadiç ölkənin Avropa Birliyinə girməsiylə bağlı ərizə vermək üçün çərşənbə axşamı Stokholma gedəcək.

Bu barədə hazırda Avropa Birliyinə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt məlumat verib.

Boris Tadiçlə baş nazir Mirko Svetkoviç birliyə daxil olmaq üçün dünən rəsmi sənəd imzalayıblar.

Serbiyanın Avropa Birliyinə gec qəbulu Balkanlarda gedən müharibəylə bağlıdır.

Avropa Birliyi dünən Serbiya, Çernoqoriya və Makedoniyaya qarşı viza rejimini aradan qaldırdı.

Serbiya Avropa Birliyinin bərabər hüquqlu üzvü olmaq üçün öz qanunvericiliyini birliyin standartlarına uyğunlaşdırmalıdır.
XS
SM
MD
LG