Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

BMT məhkəməsi Karaciçə pul verir


BMT məhkəməsi hərbi cinayətlərdə ittiham olunan Radovan Karaciçə əlavə pul vermək qərarına gəlib.
Bu pul ona görə verilir ki, Karaciç özünü daha yaxşı müdafiə edə bilsin.

BMT-nin Yuqoslaviyadakı hərbi cinayətlər üzrə məhkəməsinin əvvəlki qərarına görə Karaciçə pul verilmişdi ki, 4500 saatlıq vəkil işlərini ödəyə bilsin.

İndi məhkəmənin sədri Patrik Robinson deyir ki,
Karaciçin vəkillər komandasına 7500 saatlıq hüquq işinin ödənməsi təmin olunmalıdır.
Bu işə məhkəmə 165 min avro ayırır.

Bosniya serblərinin 11 növ cinayətdə ittiham olunan keçmiş lideri Karaciçin məhkəməsi oktyabrda başlandı, ancaq o məhkəməni boykot etdi ki, məhkəməyə hazırlaşmağa kifayət qədər vaxtı olmayıb.

Məhkəmə mart ayında davam etməlidir.
XS
SM
MD
LG