Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:47

Dünya əhalisinin 70 faizi dinə məhdudiyyətlər qoyulan ölkələrdə yaşayır


Dünya əhalisinin 70 faizi dinə məhdudiyyətlər qoyulan ölkələrdə yaşayır. Amerika Dini Araşdırmalar Mərkəzinin dünyada dinə qoyulan məhdudiyyətlərlə bağlı hesabatında belə deyilir.

Hesabatda deyilir ki, dünyanın 64 ölkəsində din yüksək və çox yüksək səviyyədə məhdudlaşdırılır. Məhdudiyyətlər isə iki cürdür – hökumətin qoyduğu qadağalardan irəli gələn məhdudiyyətlər və ayrı-ayrı fərdlərin və qrupların zorakılığından irəli gələn məhdudiyyətlər.

Dünyada hər iki məhdudiyyətlərin tətbiq olunduğu yeganə ölkə Səudiyyə Ərəbistandır. İran, Özbəkistan, Çin, Misir və Myanmada yalnız hökumətin qoyduğu qadağalar var. İraq, Hindistan, Pakistan, Əfqanıstan, İndoneziya, Somali və İsraildə isə fərdi və qrup zorakılıqlarından irəli gələn məhdudiyyətlər var.

Dini məhdudiyyətlərin tətbiq olunmadığı ən azad ölkələr isə Braziliya, Yaponiya, ABŞ, İtaliya, Cənubi Afrika və Britaniyadır.

XS
SM
MD
LG