Məşhur rus yazıçısı Aleksandr Soljenitsının həyat yoldaşı Rusiyanın Təhsil və Elm Nazirliyinə “QULAQ arxipelaqı"nın 5 dəfə qısaldılmış variantını göndərib.
Əsər məktəb proqramına daxil edilməlidir. Natalya Soljenitsına deyib ki, nazirliyin ekspertləri öz qeydlərini göndərəndən sonra o, tekstin yekun variantını hazırlayacaq.
Təhsil və elm naziri “QULAQ arxipelaq”ının məktəbdə məcburi keçilməli əsərlər sırasına salınması haqda qərarı 3 ay qabaq verib.
Bundan qabaq məktəblərdə yazıçının “İvan Vasilyeviçin bir günü” əsəri tədris edilirdi.
Nazirlik əsərin ixtisarını ona görə istəyir ki, məktəblilərin 3 cildlik romanı qavramasını çətin sayır.
Yazıçının yoldaşı ixtisar zamanı “orijinalın quruluşunu pozmadığını” deyib: “İstəmədim ki, bu, ayrı-ayrı fraqmentlərin, epizodların və talelərin yığını kimi görünsün.
İstəyirdim ki, müəllifin oxucunu öz ardınca apardığı bütün trayektoriyanı qoruyum”.
Əsərin 64 bölümünün hamısı saxlanıb, amma bölümlər bu və ya digər dərəcədə ixtisar edilib.
Natalya Soljenitsına onu da deyib ki, yazıçının 30 cildliyinin çapı üzərində iş davam edir, artıq 11 kitab çıxıb və o daha 5 kitabı çapa hazırlayaraq nəşriyyata təhvil verib.
Nobel mükafatlı Soljenitsın keçən il dünyasını dəyişib. Sovet dövrünün ən tanınmış dissident yazarlarından olub, həbsə atılıb. “QULAQ arxipelaqı” Stalinin siyasi represiyyalarından və əmək düşərgələrinin dəhşətlərindən bəhs edir.
Əsər məktəb proqramına daxil edilməlidir. Natalya Soljenitsına deyib ki, nazirliyin ekspertləri öz qeydlərini göndərəndən sonra o, tekstin yekun variantını hazırlayacaq.
Təhsil və elm naziri “QULAQ arxipelaq”ının məktəbdə məcburi keçilməli əsərlər sırasına salınması haqda qərarı 3 ay qabaq verib.
Ədəbiyyatla maraqlanırsan?