Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 12:13

Ombudsman həbsdəki bir neçə jurnalistlə görüşüb


Ombudsman Elmira Süleymanova “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

“Media forum” saytının məlumatına görə bu gün Ombudsman Aparatının nümayəndələri 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə və 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisində saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüblər.

Qənimət Zahid saxlanma şəraitindən şikayətinin olmadığını, ailəsi, vəkili ilə müntəzəm görüşdüyünü söyləyib. Həmin görüşdə Q.Zahid səhhətində yaranmış problemə görə Müalicə Müəssisəsinə köçürülməsində ombudsmanın yardımını istəyib. Ombudsman E.Süleymanova da bunun üçün Ədliyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinə müraciət göndərib.

Məlumata görə Müşfiq Hüseynov da müəssisədəki şəraitdən və onunla rəftardan narazı olmadığını bildirib. O, müalicəsinin müsbətə doğru davam etdiyini, səhhətinin yaxşılaşdığını söyləyib. Jurnalist əfv olunması üçün yaxın vaxtlarda ombudsmana müraciət edəcəyini də deyib.
XS
SM
MD
LG