Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Amerikanların yarısı xaricdə demokratiya yaymağa qarşı çıxır


Amerikalıların 49 faizi hesab edir ki, ABŞ öz daxili problemləri ilə məşğul olmalı və imkan verməlidi ki, başqa ölkələr öz yollarını özləri seçsinlər.

Bu, Amerikada “Pew” araşdırma mərkəzinin və Xarici Əlaqələr üzrə Şuranın keçirdiyi “Amerikanın dünyadakı yeri” adlı sorğunun nəticəsidir. ("Economist")

Sorğu 2 min vətəndaş və şuranın 642 eksperti arasında keçirilib, yəni həm ictimaiyyətin, həm də xarici siyasət ekspertlərinin rəyini ifadə edir.

Sorğuda iştirak edən sıravi sakinlərin 49 faizinin “Əvvəl evin içi, sonra çölü” deməsi 2002-ci ildəki eyni göstəricidən kəskin fərqlənir. O vaxt respondentlərin 30 faizi belə cavab vermişdi.

O vaxt Amerika 11 sentyabr terrorunun şokundan yenicə özünə gəlirdi və sıravi sakinlərin çoxu “demokratiyanı xaricdə yayılmasının” tərəfdarı idi.

O zaman xarici siyasət ekspertlərinin də 44 faizi xarici ölkələrə “demokratiya ixracının” tərəfdarı idi. İndi bu göstərici 10 faizə düşüb.

O vaxt insan haqlarının qorunmasını 43 faiz respondent müdafiə edirdi.

İndi bu rəqəm 21 faizdir. Və yalnız 35 faiz respondent düşünür ki, ABŞ inkişaf etməkdə olan ölkələrdə yaşayış standartlarının artırılmasına çalışmalıdır.

Amerikalılar getdikcə Çin iqtisadiyyatının inkişafından daha çox ehtiyat etməyə başlayırlar. Sorğuda iştirak edən sıravi sakinlərin 53 faizi hesab edir ki, Çin Amerikaya ən böyük təhlükədir.

Amerikadakı maliyyə böhranı da bu qorxunu artırıb.

Amerikalıların 44 faizi hesab edir ki, dünyanın ən güclü iqtisadiyyata malik ölkəsi Çindir.

Cəmi 27 faiz öz ölkəsinin adını çəkib. Halbuki Amerika hələ də dünyanın ən böyük iqtisadiyyatına malikdir və bu, Çin iqtisadiyyatından iki dəfə böyükdür.

Sıravi sakinlərin 46, xarici siyasət ekspertlərinin isə 41 faizi düşünür ki, Amerika Əfqanıstanda Talibana qalib gələ bilər.

Amma bu sorğu prezident Obamanın Əfqanıstana 30 min əlavə qoşun göndərmək qərarından əvvəl keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG