Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

İnkişaf etməkdə olan ölkələr müzakirəni boykot etdi


İnkişaf etməkdə olan ölkələr Kopenhagendə keçirilən iqlim dəyişikliklərinin qarşısının alınmasına dair konfransın işçi qrupunu tərk ediblər. Onlar varlı ölkələrin atmosferə atdıqları karbon qazını azaltmaq barədə öhdəlik götürmələrini tələb edirlər.

İnkişaf etməkdə olan ölkələrin təmsilçiləri bildiriblər ki, bu tələbləri yerinə yetirilməyənə qədər 192 ölkənin qatıldığı bu sammitin heç bir işçi qrupunda iştirak etməyəcəklər.

Bu, Danimarkada son bir həftədir davam edən müzakirələrdə çox ciddi geriləmə hesab edilir. Müzakirələrin əsas mövzusu havaya atılan karbon qazının azaldılması və qlobal istiləşmə ilə mübarizə üçün kasıb ölkələrə milyardlarla dollar yardımların verilməsi mexanizminin yaradılmasıdır.

Cümə günü – dekabrın 18-də sammitin yekun gününə 120-dən çox dövlətin başçısı, baş nazirləri qatılacaq.
XS
SM
MD
LG