Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 22:00

İrana qarşı istənilən sanksiya ədalətsiz olacaq


İran bəyan edib ki,onun nüvə proqramıyla bağlı BMT-nin hər hansı yeni sanksiyası ədalətsiz və qərəzli olacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

Birləşmiş Ştatlar bundan əvvəl bir daha bəyan etmişdi ki, İranın beynəlxalq aləmlə əməkdaşlıqdan imtina etməsi cavabsız qalmayacaq.

Amma Ağ evin sözçüsü Robert Qibbis eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinə ümidini itirməyib.

Avropa Birliyi Tehrana qarşı mümkün yeni sanksiyaları dəstəkləyəcəyini bildirib.
XS
SM
MD
LG