Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Futbol azarkeşinə 30 il cəza kəsdilər


Sebiyada xuliqanlıq edən azarkeşi 30 il müddətinə azadlıqdan məhrum ediblər.

O, 2006-cı ildə rəqib komandanın azarkeşini öldürdüyü üçün bu cəzanı alıb.

24 yaşlı Boyan Hrvatin qurbanını qatarda baş verən dava zamanı bıçaqlayıb. Məhkəmə bu qərara gəlib ki, o, qətli əvvəlcədən planlaşdırıb.

Bu hökm Serbiya hökumətinin futbol xuliqanlarına qarşı “səlib yürüşünə” başlamaq niyyətindən xəbər verə bilər. Axır illərdə futbol xuliqanları liberallara, geylərə və xaricilərə də hücumlar ediblər.
XS
SM
MD
LG