Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

İranda 6 azərbaycanlı fəala 91 gün həbs və 30 şallaq cəzası verilib


Təbrizdə Mir Hüseyn Musəvinin tərəfdarlarının etiraz aksiyası, 26 may 2009
Təbrizdə Mir Hüseyn Musəvinin tərəfdarlarının etiraz aksiyası, 26 may 2009
Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib. Onun sözlərinə görə, fəallara təyin edilmiş cəza iki il müddətinə təxirə salınıb. Əgər onlar iki il ərzində siyasi proseslərə qoşulmasalar, təyin olunmuş cəzanın icrasına xitam veriləcək.

Həkkəkpurun sözlərinə görə, həmin fəallar bu il İranda keçirilən prezident seçkisi ərəfəsində prezidentliyə namizəd Mirhüseyn Musəvi Təbriz stadionuna gələrkən onun tərəfdarı Məhəmməd Hatəminin əleyhinə şüarlar səsləndiriblər.

Səbəbsə Hatəminin yayılmış videogörüntülərində azərbaycanlılarla bağlı təhqiredici zarafat etməsi olub. Azərbaycanlı fəallar şüarlar səsləndirərək Hatəmidən üzr istəməsini tələb ediblər. Əvəzində isə onlar asayişi pozmaqda günahlandırılaraq həbs olunublar.

Həkkəkpur deyir ki, azərbaycanlı fəallar həbsdə saxlanıldıqları 9 gün müddətində işgəncələrə məruz qalıblar:

«Dil haqlarını və milli haqlarını tələb etdiklərinə görə həbs olunmuşdular. Tutularkən 9 gün həbsdə qaldılar və həmin 9 gündə onlara işgəncələr verilmişdi yalnız 10 min dollar girov qarşısında buraxmışdılar».

Həkkəkpur onu da bildirib ki, həmin tədbirdə həbs edilmiş, sonradan girov müqabilində həbsdən azad olunmuş daha 6 azərbaycanlı fəalın da məhkəməsi gözlənilir.
XS
SM
MD
LG