Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:25

Fəal tələbələri universitetlərdən qovurlar


«Azərbaycanın mədəni haqlarını müdafiə etdiyim üçün təhsilimə qadağa qoyulub»
«Azərbaycanın mədəni haqlarını müdafiə etdiyim üçün təhsilimə qadağa qoyulub»
Təbriz şəhərinin dövlət və özəl universitetlərində, bəzi tələbələrin təhsilinin qarşısı alınıb. Özəl universitetdə, Yunis Zareiyyun, Nəvid Mühəmmədi, Vəhid Şeyxbəglu, Behnam Torkanpurun post magistatura təhsilləri yarımçıq kəsilib.

Dövlət universitetində isə, Behzad Ciddi, Şəhram Şövqi və İbrahım Şəhbazini postmagustrada təhsildən uzaqlaşdırıblar. 3 gün bundan əvvəl, təhsildən uzaqlaşdırıldığını bilən tələbə, Behzad Ciddi AzadlıqRaiosu ilə bu haqda müsahibə verib:

- Behzad bəy, sizin universitetdə təhsil almağınıza mane olublar. Bu haqda daha ətraflı izahat verə bilərsiinz?
- Mən post magustura imtahanında iştirak etmişdim və qəbul olunmaq üçün lazımi balı toplaya bilmişdim və əmin idim ki, ən azı Urmiya universitetində inşaat üzrə təhsilimi davam etdirəm. Nəticələr iki mərhələdə elan olundu, birinci mərhələ İranda prezident seçkiləri ərəfəsində elan olduğu üçün, birinci mərhələdə mənim «universitetdə təhsil alma səlahiyyətim» rədd olunmamışdı. 382 bal toplamaqla əmin olmuşdum ki, qəbul olmuşam. Lakin, son nəticələr (prezident seçkilərindən sonra) elan olunanda, rədd edilmişdim.

- Siz bu məsələ ilə bağlı hansısa bir orqana müraciət etmisiz?
-Təbii ki, tələbə qəbulu üzrə dövlət komitəsinə getdim. 3-4 saat məni qeyri-şəffaf və qənaətbəxş olmayan arqumentlər və cavablardan sonra, bir başa «Təhsil alma səlahiyyəti» üzrə komitəyə göndərildim və oranın rəhbəri Dr.Nurbəxş mənim problemimi eşitdikdən sonra, bir siyahı çıxardı və mənim adım orda 3-cü yerdə idi. Mənə başa saldı ki sənin təhsil alma səlahiyyətin təsdiq olunmayıb və İran universitetlərindən təhsil ala bilməzsən.

- Siz səlahiyyətləri təsdiq olunmayan tələbələrin siyahısından danışdınız? Siyahıda nə qədər ad var idi?
- Demək ola ki hər səhifədə 20 ad var idi. Siyahı, ən azı 15 səhifə olardı.

- Siz düşünürsünüz ki nə üçün sizi universitetə qəbul etməyiblər? Bunun səbəbi nə ola bilər?
- Mən universitetdə, magistratura dövründə öz ana dilim və mədəniyyətimə olan qadağalara qarşı mübarizə etmişdim. Neçə il Azərbaycan Tanıtım Ocağında çalışmışam. «Azərbaycanşünaslıq» və «Səttərxan» dərgilərinin baş redaktoru idim. Həmçinin, Azərbaycanın mədəni haqlarını müdafiə etdiyim üçün təhsilimə qadağa qoyulub.

- Siz iki dərgi adı çəkdiniz. Hələ də bu dərgilər nəşr olunurmu?
- Xeyr, iki ildir ki nəşrinin qarşısı alınıb.

- Sizdən sonra, sizinlə birlikdə çalışan hansısa bir digər tələbə də təhsildən uzaqlaşdırılıbmı?
- Bəli, keçən il, Səməd Paşayi, Nahid xanım Babazadə, Nadir Qarabağı və Əmin Imami-ni təhsildən uzaqlaşdırdılar.
Bu il isə, bildiyimə görə, məndən başqa İbrahim Şəhbazi və Şəhram Şoqi.

- Siz təhsil aldığınız Təbriz universitetində keçən il Fəraz Zehtab və Aydın Xocalıya həbs cəzası verilib. Sizcə, tələbələrin universitetdən azad edilməsi və həbs cəzaları nə üçündür?
- Əlbəttə ki, basqılar və repressiyalar bəzi fəal tələbələrdə qorxu yaradır və onlar düşünürlər ki, mədəni fəaliyyətin sonu budur. Məncə, birinci hədəf, tələbələrdə qorxu yaratmaqdır.
XS
SM
MD
LG