Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:14

İlham Əliyev Nikola Sarkoziylə görüşdü


Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da Fransa Prezidenti Nikola Sarkoziylə görüşüb. Azərtac xəbər verir ki, görüş Yelisey Sarayında baş tutub.

Görüşdə ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Fransa Prezidenti bildirdi ki, Azərbaycan yerləşdiyi regionda ən sabit, sürətlə inkişaf edən və gözəl perspektivləri olan ölkədir. Fransa belə bir dövlətlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
Dövlət başçıları iqtisadi sahədə, energetika və qeyri-neft sektorlarında əməkdaşlıq məsələlərini müzakirə etdilər. Bu sahələrdə əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdən sonra Fransa dövlətinin başçısı adından Azərbaycan Prezidentinin şərəfinə nahar verildi.

İki gündür Fransada olan İlham Əliyev burda bir sıra rəsmi şəxslərlə görüşüb. 6 illik prezidentliyi dövründə bu, İlham Əliyevin Fransaya 5-ci rəsmi səfəridir.
XS
SM
MD
LG