Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:51

Məscid sökülməsi əleyhinə piket


Bir sıra islamyönlü partiya fəalları məscid sökülməsi əleyhinə piket keçirmək istəyir.

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan məktubda bildirilir ki, onlar «Fatimeyi-Zəhra» məscidinin sökülməsi qərarına etiraz edirlər və dekabrın 11-də bu məscidin qarşısında piket keçirmək istəyirlər.

Partiya fəalları dinc aksiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı BŞİH-dən müvafiq göstəriş verilməsini xahiş ediblər.
XS
SM
MD
LG