Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Əflatun Amaşov Müşfiq Hüseynovla görüşüb


Mətbuat Şurasının sədri Əflatun Amaşov
Mətbuat Şurasının sədri Əflatun Amaşov
Mətbuat Şurasının sədri Əflatun Amaşov həbsdə olan jurnalist Müşfiq Hüseynovla görüşüb, onun saxlanma və müalicə şəraiti ilə maraqlanıb. Mətbuat Şurasından AzadlıqRadiosuna verilən məlumata görə, Ə.Amaşov jurnalistin ciddi xəstəliyə mübtəla olmasını söyləyib:

«Əlbəttə, vərəm ciddi xəsləlikdir. Amma müalicə olunandır. Bunun üçün xeyli müddət tələb olunur. Hazırda müalicə prosesi davam edir. Həkimlərin və özünün söylədiyinə görə, səhhətində müəyyən irəliləyişlər var. Bəzilərinin dediyi kimi, ölüm ayağında deyil».

Şura sədri həmçinin jurnalistin saxlanma şəraitindən, ona göstərilən səhiyyə xidmətindən və həkimlərdən şikayətinin olmadığını da diqqətə çatdırıb.

Mətbuat Şurası jurnalistin əfvi ilə bağlı ölkə prezidentinə müraciət ünvanlayacaq. Ə.Amaşov bunun üçün kifayət qədər əsasların olduğunu deyir:

«Ciddi xəstə olduğu məlumdur. Cəzasının yarıya qədərini çəkib. Evdə iki azyaşlı övladı var. Jurnalist özü də bir müddət əvvəl əfv edilməsi ilə bağlı ölkə prezidentə müraciət ünvanlayıb».

Müşfiq Hüseynov kəskin vərəm xəstəliyindən əziyyət çəkir. O, 2007-ci ilin iyulunda rüşvət almaqda ittiham olunaraq həbs edilib, beş il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG