Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Amerikanın 25 müttəfiqi 7 min əlavə əsgərə söz verir


NATO-nun Baş katibi Anders Rasmussen deyib ki, Amerikanın 25 müttəfiqi Əfqanıstana əlavə 7 min əsgər göndərməyə söz veriblər.

NATO-nun xarici işlər nazirlərinin görüşündən sonra Rasmussen deyib ki, yeni qoşunlar Əfqanıstana 2010-cu ildə gələcəklər.

Rasmussen NATO ölkələrinin xarici işlər nazirlərinə isə bildirib ki, Talibanla uzun mübarizəyə hazır olmaq lazımdır və bu mübarizə NATO-dan “komanda cəhdləri” tələb edir.
XS
SM
MD
LG