Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 10:28

UNİSEF Azərbaycanda erkən nikahların artmasından narahatdır


UNİSEF-in Azərbaycan nümayəndəliyi ərə getməyə məcbur edilən və toy günü intihar edən 15 yaşlı azərbaycanlı qızın faciəsindən dərin narahatlığını bildirib.

“BMT-nin 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyası 18 yaşına çatmamış şəxsin uşaq hesab olunmasını və bu yaşa çatmamış şəxsin nikahının BMT tərəfindən erkən nikah kimi müəyyən edilməsini nəzərdə tutur. İnsan hüquqları haqqında beynəlxalq paktlarda və konvensiyalarda müəyyən edilmiş standartlar erkən nikahları insan hüquqlarının pozulması kimi qiymətləndirir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Azərbaycan Dövlət Komitəsi, Beynəlxalq Sosial Araşdırmalar Mərkəzi və UNİCEF-in apardığı tədqiqatların nəticələrinə görə, ölkənin 4 regionundan seçilmiş 488 respondentin 58%-i erkən nikahların qızın tam razılığı olmadan baş verdiyini aşkar edib. Bundan başqa 16 yaşına çatmamış qız hüquqi zəmanət almadan ailə qurur. Çünki bu yaşda nikahı rəsmiləşdirmək qanunla mümkün deyil.

Son illər mütəxəssislər və insan haqları müdafiəçiləri Azərbaycanda erkən nikahların artması ilə bağlı narahatlıqıqlarını bildirirlər.

UNİCEF-in Azərbaycan nümayəndəliyi bir daha Azərbaycanda uşaq hüququnun ən kobud şəkildə pozulması kimi qiymətləndirilən erkən nikahlarla mübarizə aparmaq üçün bütün maraqlı tərəfləri səylərini gücləndirməyə çağırıb.

15 yaşlı Quba sakini Bənövşə Fərzəliyeva noyabrın 28-də özünü asmaqla intihar etmişdi.
XS
SM
MD
LG