Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Qələbənin 65 illiyinə dair aksiyaya start verildi


Bakıda 1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyi ilə bağlı «Biz qələbənin varisləriyik» aksiyasına start verilib.

«APA»nın məlumatına görə aksiya rəhbəri, ordu generalı Viktor Yermakovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 1-də səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər.

Dörd gün davam edəcək səfər proqramının təntənəli açılış mərasimi bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçiriləcək.

V. Yermakov jurnalistlərə açıqlamasında Azərbaycanın II dünya müharibəsi zamanı qələbə əldə olunmasında böyük rolunun olduğunu deyib. O, Azərbaycan vətəndaşlarının cəbhədə göstərdikləri qəhrəmanlıq nümunələrini xüsusi qeyd edib.

«Biz qələbənin varisləriyik» aksiyasının iştirakçıları buna qədər Rusiya, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Belarusda olublar. Aksiya Azərbaycandan sonra dikər postsovet respublikalarında davam etdiriləcək.
XS
SM
MD
LG