Keçid linkləri

2025, 11 İyul, Cümə, Bakı vaxtı 04:54

Pakistanda bəzi nüvə arsenalına nəzarət baş nazirə keçib


Pakistan prezidenti Asif Əli Zərdari bir sıra nüvə arsenalına nəzarəti baş nazir Yusif Rza Qilaniyə verib.

Müşahidəçilər hesab edir ki, prezident bu gözlənilməz addımı onun istefasına çalışan siyasi rəqibləriylə kompramisə nail olmaq üçün atıb.

Korrupsiyada ittiham olunan prezidentin məsuliyyətə cəlb ounmasına qoyulmuş qadağa bu gün btir.

Bundan sonra Ali məhkəmə Zərdarinin vəzifədən gənarlaşdırılması barədə qərar qəbul edə bilər.

Amma ittihamı rədd edən prezident istefa vermək fikrində deyil.


XS
SM
MD
LG