Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

İran nüvə hüququndan əl çəkən deyil


İran nüvə texnologiyası hüququndan əl çəkən deyil və heç bir təhlükədən qorxmur.

Bunu İran Ekspertlər Şurasının üzvü Əhməd Xatəmi deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktorlar şurası bu günlərdə İranı tənqid edən qətnamə qəbul edib.

Sənəd İranı uran zənginləşdirilməsiylə bağlı bu yaxınlarda bəlli olmuş yeni zavodu bağlamağa çağırır.

Ağ evin sözçüsü Robert Gibbis qeyd edib ki, əgər Tehran üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməsə üzləşdiyi aqibətə görə özü cavabdehlik daşıyacaq.
XS
SM
MD
LG