Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:21

MSK Sumqayıt müsavatçılarının şikayətlərini təmin etdi


MSK-nın binası
MSK-nın binası
Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 26-da keçirilən iclasında Müsavat Partiyasından verilən bəzi şikayətləri təmin edib. Bu barədə AzadlıqRadiosuna Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib:

- Müsavat Partiyasının Sumqayıtdan bələdiyyə üzvlüyünə namizədliyini verən şəxslərin şikayətləri araşdırıldı və onların iddiaları təmin edildi. Sumqayıtdan 7 müsavatçı ərizə verərək, dairə seçki komissiyasının qərarından narazılıq edirdilər. Məlum oldu ki, onlardan birinin - Fəxrəddin Abbasovun namizədliyi qeydə alınıbmış, sadəcə, onun bundan xəbəri yox imiş. Digər 6 nəfərin də qeydiyyatı təmin edildi.

A.Sarıyevin sözlərinə görə, eyni zamanda iclasda qərara alınıb ki, bəzi şikayətlərin araşdırılma müddəti artırılsın.

Müsavat Partiyası Seçki Departamentinin müdiri Gülağa Aslan isə deyir ki, onların hələ bir çox ərizələrinə MSK-da baxılmayıb. Onlar növbəti iclaslarda bu şikayətlərə də baxılacağını gözləyirlər.

Müsavat Partiyasından bələdiyyə seçkilərində qeydiyyata alınan namizədlərin sayı bununla da 131-ə çatdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG