Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:37

Bu gündən təbliğat-təşviqat kampaniyası başlayır


Noyabrın 25-dən bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başlayır.

MSK-nın bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin son sayı ilə bağlı açıqladığı məlumatda deyilir ki, 31 min 861 namizəd qeydə alınıb.

Seçkiyə 18 partiya öz namizədləriylə qoşulub.

MSK sədri Məzahir Pənahov bildirib ki, 500-ə yaxın məntəqə seçki komissiyasında veb-kameralar quraşdırılacaq.

Ölkə üzrə 1718 bələdiyyə yerinə 15682 üzv seçilməlidir.

Seçkilər dekabrın 23-də olacaq. Bu, sayca Azərbaycanda üçüncü bələdiyyə seçkiləridir.
XS
SM
MD
LG