Avropa Şurasının İşgəncələr və Qeyri-İnsani Rəftara qarşı Komitəsi 2008-ci ilin dekabrında Azərbaycana göndərdiyi xüsusi missiyasının səfərinin yekunlarıyla bağlı hesabat açıqlayıb.
Avropa Şurasının məlumatında bildirilir ki, səfər zamanı nümayəndə heyəti Qobustan həbsxanasındakı vəziyyətlə tanış olub. Ömürlük həbs cəzasına məhkum olmuş məhbuslar nəzarətçilərin onlarla qəddar rəftar eləməsindən şikayətləniblər.
Azərbaycan hakimiyyəti isə cavabında bildirib ki, Qobustan həbsxanasının əməkdaşlarına fiziki güc və xüsusi vasitələrdən qanunla nəzərdə tutulmuş müstəsna hallarda istifadə etmək göstərişi verib.
Hesabatda deyilir ki, Qobustan həbsxanasında məhbusların həyatı ağırdır, onlar sutkanın 23 saatını kamerada keçirməli olurlar.
İşgəncələr Əleyhinə Komitə Azərbaycan hakimiyyətini ömürlük cəzaya məhkum olunmuşların kameradan kənar fəaliyyətləri üçün əhatəli rejim işlənilməsi və həyata keçirilməsi üçün tədbirlər görməyə çağırıb.
Komitə bildirir ki, ömürlük cəzaya məhkum olunanların başqa məhbuslardan ayrı saxlanılması üçün əsas yoxdur. Hakimiyyət isə buna cavab olaraq məhbuslar üçün yeni idman meydançalar salacağını və başqa imkanlar yaradacağını vəd edib.
Azərbaycana səfər zamanı nümayəndə heyəti həmçinin Penitensiar Xidmətin mərkəzi xəstəxanasında olub. Müəyyən edilib ki, burda tibb heyəti kifayət qədər deyil. Saat 16.00-dan sonra xəstəxanada tibb işçilərindən heç kəs qalmır. Daxili xəstəliklər, narkoloji və psixiatrik xəstəliklər şöbələrində isə görülməli xeyli iş var.
Hökumət cavabında deyib ki, tibbi heyəti üçün təlim kursları keçirir. Məhbusların müalicəsi üçün Səhiyyə Nazirliyinin ekspertləri cəlb olunub.
Maştağa qəsəbəsindəki 1 saylı ruhi xəstəxanada isə xəstələr sanitarlar, bəzən tibb bacılarının onlarla qəddar rəftar etmələrindən şikayətləniblər. Komitə deyir ki, burdakı saxlanma şəratinin yaxşılaşdırlmasına ciddi ehtyiac var.
Şəkidəki regional psixinevroloji dispanser haqqında isə deyilir ki, nümayəndə heyəti burada bir sıra müsbət dəyişikliklər qeyd edib. Buna baxmayaraq otaqlarda həddindən artıq xəstə yerləşdirilib. Otaqların şəraiti isə pisdir.
Hakimiyyət isə vəd edib ki, dispanser yeni tikiləcək xəstəxanaya köçürüləcək. Komitə müalicə vasitələrinin yaxşılaşdırılmasını da tövsiyə edib.
Komitə xəstələrin bura könülsüz yerləşdirilməsiylə bağlı şikayətlərindən də narahatlığını bildirib.