Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Gələn ilin dövlət büdcəsi qəbul olundu


Büdcə xərcləri növbəti ildə 11 milyard 264 milyon manat, gəlirləri isə 10.015 milyard manat proqnozlaşdırılıb
Büdcə xərcləri növbəti ildə 11 milyard 264 milyon manat, gəlirləri isə 10.015 milyard manat proqnozlaşdırılıb
Parlament noyabrın 26-da gələn ilin dövlət büdcəsini qəbul edib. Büdcənin xərclərində bir sıra dəyişiklər edilib.

Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov deyib ki, Neft Fondunun xərcləri 20 milyon manat artırılıb. Bu vəsait ekoloji məsələlərin həllinə sərf olunacaq.

2010-cu ilin dövlət büdcəsinin xərclərində də bəzi dəyişikliklər edilib. Deputatların təkliflərinin dəyərləndirən hökumət elm xərclərini 3 milyon, səhiyyə xərclərini 4 milyon, tarixi abidələrin bərpası, teatr və kino xərclərini 6,3 milyon manat artırıb. Eyni zamanda Milli Məclisin əmək haqqı fonduna 458 min, Xarici İşlər Nazirliyinin əmək haqqı fonduna 580 min artırılması barədə qərar verilib.

Ümumilikdə xərclər 14,3 milyon ayrılıb ki, bunun da 13,3 milyon manatı sosial yönümlüdür. Maliyyə naziri Samir Şərifov bildirir ki, bu heç də o demək deyil ki, büdcənin xərcləri artıb: «Bu vəsait büdcənin xidmət bölməsində olan valyuta ehtiyatlarının konventerizasiyası üçün nəzərdə tutulmuş vəsaitlərdən götürüləcək».

Təkliflər nəzərə alınaraq gələn ilin dövlət büdcəsi qəbul olunub.

Büdcə xərcləri növbəti ildə 11 milyard 264 milyon manat, gəlirləri isə 10.015 milyard manat proqnozlaşdırılıb.

Deputatlar daha sonra heç bir dəyişiklik edilmədən Dövlət Sosial Müdafiə Fondunun büdcəsini də təsdiq ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG