Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:21

AQO Qrupunun Azərbaycanda aldığı siqnallar


AQO Qrupunun rəhbəri Stelian Stoian (solda) və Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Veronika Kotek (sağda), Bakı 25 noyabr 2009
AQO Qrupunun rəhbəri Stelian Stoian (solda) və Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Veronika Kotek (sağda), Bakı 25 noyabr 2009
Azərbaycandan başqa AQO qrupuna daxil olan 13 ölkənin heç birində həbsdə jurnalist yoxdur”

Bunu Avropa Şurası Nazirlər Komitəsinin Monitorinq Qrupu AQO qrupunun Azərbaycanda səfərdə olan rumuniyalı sədri Stelian Stoian bildirir. O, noyabrın 25-də Avropa Şurasının Bakı ofisində keçirilən mətbuat konfransında həm də bildirib ki, Azərbaycanda müəyyən sahələrdə inkişafın da olduöunu görüb.

Stelian Stoian xüsusilə də məhkəmə sistemi, həbsxanalarda şəraitin yaxşılaşması ilə bağlı müsbət siqnallar aldıqlarını bildirdi.

Onun verdiyi məlumata görə Azərbaycanda işgəncə halları ilə bağlı Şuranın İşgəncələr Əleyhinə Komitəsinin hazırladığı hesabat yaxın vaxtlarda yayılacaq.

Həbsdə olan jurnalistlərdən Eynulla Fətullayev, Qənimət Zahid, bloqqerlər Emin Milli və Adnan Hacızadə ilə hər hansı məhdudiyyət qoyulmadan görüşdüklərini deyən qrup rəhbəri bu sahədə də vəziyyətin yaxşılaşdığını bildirdi, həm də əlavə etdi ki, bu heç də həmin sahələrdə islahatların tam başa çatması demək deyil.

Mətbuat konfransında jurnalistlər Stelian Stoiana Avropa Şurası Baş Katibinin Azərbaycanda insan haqlarının vəziyyətinin ağır olması, xüsusilə də bloqerlərin həbsinə daha sərt reaksiya verdiyini xatırlatdılar. Yerli jurnalistlər ondan “Bu məsələdə AQO rəhbərinin indiki mövqeyi ilə Baş Katibin mövqeyi arasında ziddiyyət görürsünüzümü?” – deyə soruşdular.

Stelian Stoian bildirdi ki, baş katib istənilən bəyanatı verə bilər, biz isə hesab edirik ki, əməkdaşlıq davam etdirilməlidir.

O jurnalistlərin təkidli suallarından sonra problemlərin olduğu sahələrdən də danışdı və qeyd etdi ki, ən çox problemli məsələ korrupsiyadır.

Cənab Stoian rəsmi nümayəndələrlə görüşlərdə bloqqerlərin və jurnalistlərin həbsilə bağlı məsələlərin müzakirə olduğunu bildirsə də müzakirələrin detallarından və rəsmilərin onlara hansı cavablar verməsindən danışmadı.

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin monitorinqilə bağlı Azərbaycanda səfərdə olan AQO qrupu müxalifət, QHT, media nümayəndələri, prezident, daxili, xarici və ədliyyə nazirlərilə görüşüb, öhdəliklərin yerinə yetrilmə vəziyyətini müzakirə ediblər.

Qrup Azərbaycana səfərini noyabrın 26-da başa çatdırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG