Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:23

«23 dekabrda bir partiyanın seçkisi olacaq»


Əli Kərimli çətinliklərə baxmayaraq, partiyasının seçkilərdən çəkinməyəcəyini deyir
Əli Kərimli çətinliklərə baxmayaraq, partiyasının seçkilərdən çəkinməyəcəyini deyir
«Yeni Müsavat»: AXCP sədri Əli Kərimli: «Hökumət ölkəni birpartiyalı sistemə aparır». Əli Kərimli çətinliklərə baxmayaraq, partiyasının seçkilərdən çəkinməyəcəyini deyir:

«Birinci seçkidir ki, kampaniya dövründə müxalifətin nə televiziyaya çıxışı, nə də mitinqlər keçirmək imkanı olacaq. Seçki təşviqatı üçün ayrılan televiziya vaxtının hamısından YAP istifadə edəcək. Çünki hər hansı başqa müxalif partiyanın qeydiyyatdan keçməsinə imkan verilməyib».

«Azadlıq»: «Korrupsiyada birinci yerdə Gömrük Komitəsidir»

Millət vəkili Pənah Hüseyn qəzetə verdiyi müsahibəsində belə deyir. O, daha sonra bildirib: «Təhsil nazirinin birinci şəxsə yaxın olması, bu sahəni bərbad vəziyyətə salıb».

«Bizim Yol»: «Qanunlara münasibətdə əyalətçilik təfəkkürü var»

Vətəndaş Cəmiyyəti Uğrunda məsləhət Şurasının sədri Eldar İsmayılov belə deyir: «Son illərdə müxalifətin fəaliyyəti sanki öz qüvvəsini zəiflətməyə yönəlib».

«Yeni Azərbaycan»: Televiziya və radioda olan problemlər cəmiyyətimizin problemləridir

Bu fikir Milli Elmlər Akademiyasının Rəyasət Heyətində «Azərbaycan televiziya məkanı ictimai və mədəni həyatımızın aktual problemləri işığında» mövzusunda elmi-təcrübi konfransda səslənib.

«Şərq»: «Ermənistan bütövlükdə regiona ziyan vurur»

Moskvada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 34-cü plenar iclasında çıxış edən spiker Oqtay Əsədov belə deyib: «Regionların inkişafına mane olan münaqişələr sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməlidir».

«525-ci qəzet»: Sabina Freyzer Qarabağ Şurası üzvləri ilə görüşüb

Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzerlə görüşdə əsasən Qarabağ problemi, Türkiyə-Ermənistan yaxınlaşmasının münaqişəyə təsiri müzakirə mövzusu olub.

«Bakı Xəbər»: Ana bətnində uşağın cinsini müəyyənləşdirmək Azərbaycanda qadağan edilə bilər

Qadağanın seçmə yolu ilə uşaqsalma probleminin həllinə yönəldildiyi bildirilir. Oğlanların sayca artımına qarşı sərt tədbirlər hazırlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG