Bu gün və sabah həbsdə olan bloqqerlər Adnan Hacızadə və Emin Milli ilk dəfə olaraq saxlandıqları istintaq təcridxanasında valideynləri ilə görüşəcək. Noyabrın 25-də Adnan Hacızadə, 26-da isə Emin Milliyə görüş veriləcək. Hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanandan ailə üzvləri ilə görüşə bilməyiblər.
Emin Milli və Adnan Hacızadə noyabrın 11-də Səbail rayon məhkəməsinin qərarı ilə xuliqanlıq ittihamı ilə 2,6 və 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Beynəlxalq təşkilatlar onların həbsinin sifarişli olduğunu bildirir və azad olunmalarını tələb edir.