Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

BQXK əməkdaşları əsirlikdə olan erməni hərbçilərinə baş çəkiblər


Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda əsirlikdə olan 6 erməni hərbçisinə baş çəkiblər

Bu barədə Azadlıq Radiosuna Komitənin Azərbaycan nümayəndəliyinin mətbuat katibliyindən məlumat veriblər. Bu Azərbaycanda saxlanılan erməni əsirlərlə dördüncü görüşdür. Komitə nümayəndələri əsirlərin saxlanma şəraitilə maraqlanıb və onlarla ayrı-ayrılıqda söhbət aparıblar.

Ermənistan Ordusunun üç əsgəri bu ilin fevralında, iki əsgəri mayda, bir əsgəri isə iyul ayında Azərbaycan tərəfə keçib.

Hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdədir.
XS
SM
MD
LG