Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 22:22

Baradeyi Tehrandan məktub gözləyir


Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, hələlik İrandan yeni təklifə cavab almayıblar.

Agentlik Tehrana elektrik enerjisi alınması üçün yanacaq kimi lazım olan zənginləşdirilmiş uranı caricdən ala almağı təklif edib. Çünki ABŞ və Avropa narahatdır ki, İran əslində uranı zənginləşdirməklə nüvə silahı əldə etmək istəyir.

Agentliyin rəhbəri Məhmməd əl-Baradeyi bu gün Berlində keçirilən mətbuat konfransında deyib ki, Tehran beynəlxalq ictimaiyyətin etimadını qazanmaq üçün bu nadir imkandan istifadə etməlidir:

- İndi top İran tərəfdədir. İnanıram ki, onlar bu fürsəti qiymətləndirəcəklər. Çünki bu uzunmüddətli bir təklif deyil.

Bu həftə İranın Xarici İşlər naziri bu təklifi qəbul edə bilməyəcəklərini səsləndirib. Amma Atom Enerjisi Agentliyi hələlik yazılı cavab gözlədiklərini bildirib.

Bu gün altı böyük dövlətin – ABŞ, Britaniya, Rusiya, Fransa, Çin və Almaniyanın təmsilçiləri Brüsselə toplaşıb İranın nüvə proqramından yaranan problemi müzakirə edirlər.
XS
SM
MD
LG