Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:48

Spiker bloqqerlərin işinə münasibət bildirdi


Spiker Oqtay Əsədov
Spiker Oqtay Əsədov
«Bu bəyanatlar Azərbaycana təzyiq məqsədi daşıyır». Milli Məclisin sədri Oqtay Əsədov bloqqerlər Adnan Hacızadə və Emin Millinin azadlıqdan məhrum edilməsinə beynəlxalq təşkilatların etiraz bəyanatlarını belə dəyərləndirib.

Spiker noyabrın 20-də jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq təşkilatlar əvvəl bu məsələni öyrənib, sonra bəyanat verməli idilər.

Noyabrın 11-də Səbail Rayon Məhkəməsi gənc bloqqerlər Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il müddətində azadlıqdan məhrum edib. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədə - xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli biliniblər. Onlar ittihamları qəbul etmir və həbslərinin sifarişli olduğunu deyirlər.
«Media forum»
XS
SM
MD
LG