Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:38

«Dünya birliyi Azərbaycanı müdafiə etmir»


Ziyafət Əsgərov
«Heç bir xristian dövləti Ermənistanı qoyub, müsəlman Azərbaycanı müdafiə etməyəcək. Bu sözləri mənə NATO Parlament Assambleyasının rəsmisi demişdi. Elə bu, dünya dövlətlərinin Qarabağ məsələsinə ikili standartlarla yanaşmasına növbəti sübutdur».

Bu sözləri Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan və Böyük Britaniyanın Bakıda təşkil etdiyi Güney Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunan beynəlxalq konfransda deyib.

Z.Əsgərovun sözlərinə görə, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli heç bir dövlətin marağında deyil:

«Beynəlxalq birlik Azərbaycanı problemi dinc yolla çözməyə çağırır. Mən bu tədbirdəki beynəlxalq ekspertlərə səslənirəm – əgər beynəlxalq hüquq prinsiplərinə əməl edilmirsə, bunu elan edin, Azərbaycan da öz yolunu müəyyən etsin».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG