Bu gün Brüsseldə İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən altı ölkənin nümayəndələri bir araya gəlir.
Dünən ABŞ prezidenti Barak Obama bildirib ki, İran özünün zənginləşdirilmiş uran ehtiyatını yanacağa çevrilməsi üçün xaricə göndərmək barədə BMT-nin irəli sürdüyü təklifi qəbul etmədiyinə görə tezliklə Vaşinqton müttəfiqləri ilə birgə Tehrana qarşı görüləcək tədbirlər paketini müəyyən edəcək.
İranın xarici işlər naziri Mənuçöhr Mottaki uran ehtiyatının xaricə aparılmasına yox, yalnız ölkə daxilində yerdəyişməsinə razı olduqlarını bildirib.